Mövsümü çempion tamamlayan “Qarabağ” transfer fəaliyyətinə start verib.
İdmanxeber.az “sowetanlive.co.za” saytına istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının “Bidvest Vits” klubunun qapıçısı Darren Kit 2 ay öncə Ağdam klubunun transfer hədəfində olub. Qış transfer pəncərəsində “Qarabağ”ın irəli addım atmadğını görən 29 yaşlı qapıçı klubunda qalmağa qərar verib.
Mövsümün sonunda azad agent olacaq Cənubi Afrika millisinin üzvü ayrılıq barədə düşünür. Onunla ölkənin “Kayzer Çifs” klubu da maraqlanır.
Kit 2016-cı ildən “Bidvest Vits”də çıxış edir. O, 2013-cü ildən yığmaya dəvət alır. Təcrübəli qapıçı 2011-2016-cı illərdə Belçikanın “Kortreik” klubunda oynayıb.