29 Dekabr 2024
Ölkə futbolu

“Çətin qələbə qazandıq” – “Neftçi”nin futbolçusu

“Oyun yaxşı keçdi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Ömər Buludov Topaz Premyer Liqanın 16-cı turunda “Keşlə”yə qalib gəldikləri oyundan (2:0) sonra klubun saytına açıqlamasında deyib.

Gənc müdafiəçi qələbənin asan olmadığını bildirib: “Çətin olsa da, qələbə qazadıq. 3 xal bizim üçün vacib idi. “Keşlə” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşsa da, asan rəqib deyil. Bunu oyun da göstərdi. Buna görə də ciddi hazırlıq keçmişdik. Çox şadam ki, qalib gəldik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43