UEFA Çempionlar Liqasında pley-off həyəcanı davam edir.
1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki oyun keçiriləcək.
Turnirin son qalibi “Çelsi” “Stemford Bric”də “Lill”i qəbul edəcək. London klubu İngiltərə Premyer Liqasında qeyri-sabit çıxış etsə də, Avropa səhnəsində inamla irəliləyir. Qarşıda isə onları Fransa çempionu gözləyir. Tarixində ikinci dəfə pley-off həyəcanı yaşayan “Lill” 2006/07 mövsümündə İngiltərənin digər təmsiçisi “Mançester Yunayted” səddini keçə bilməmişdi.
Gecənin digər qarşılaşmasında “Vilyarreal” və “Yuventus” üz-üzə gələcək. Bu, komandaların avrokuboklarda ilk dueli olacaq.
Sabah keçiriləcək daha iki matçla UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. “Mançester Yunayted” Madriddə “Atletiko”nun qonağı olacaq. “Benfika” isə son Niderland çempionu “Ayaks”ı qəbul edəcək.
UEFA Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
22 fevral
00:00 Çelsi (İngiltərə) – Lill (Fransa)
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
00:00 Vilyarreal (İspaniya) – Yuventus (İtaliya)
Baş hakim: Daniel Zibert (Almaniya)
23 fevral
00:00 Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə)
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
00:00 Benfika (Portuqaliya) – Ayaks (Niderland)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)