Ölkə futbolu

Musayev bu futbolçudan narazıdı – “Sabah” yayda onu göndərir

“Sabah” yayda heyətinə qatdığı Şpiro Periçiçlə yolları ayıracaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubunun çalışdırıcısı Murad Musayev xorvatiyalı müdafiəçinin çıxışından narazıdı. 27 yaşlı futbolçu ilə bağlanmış 1 illik müqavilə bu yay başa çatır.

Klub mövsümün sonunda onu saxlamaq niyyətində deyil. Buna görə də, onunla yeni müqavilə imzalanmayacaq.

Qeyd edək ki, Periçiç “Sabah”dan öncə karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets”, “Solin”, “Duqopolye”, “Slaven Koprivnitsa”, “Çibaliya”, Sloveniyanın “Mura” və “Maribor” komandalarında çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43