Bu yaxınlarda “Anji”dən Villianı transfer edən “Çelsi” daha bir transferi reallaşdırmaq üzrədir.
“Sky Sports”un yaydığı xəbərə görə, London təmsilçisi “Portu”nun müdafiəçisi Kristian Atsu ilə böyük ölçüdə anlaşıb. İngilis klubunun baş məqşçisi Joze Mourinyo transfer pəncərəsi bağlanmadan bu futbolçunu sərəncamında görmək istəyir.
Qeyd edək ki, 21 yaşlı futbolçu həm də Qana millisinin üzvüdür.