“Sportinq”in yarımmüdafiəçisi Manuel Uqarte klubu tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” 22 yaşlı uruqvaylı üçün PSJ ilə mübarizəyə qoşulub. Parislilərin futbolçu üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilir.
London klubu da oyunçunun xidmətində maraqlıdır. “Zadəganlar” yaxın vaxtda Portuqaliya klubu ilə danışıqlara başlayacaq.
Uqarte bu mövsüm 47 oyuna çıxıb, məhsuldar ötürmə edib. O, həmçinin 16 sarı vərəqə və bir oyundan kənarlaşdırılıb.