İdman

Boksçumuz beynəlxalq turnirdə bürünc medal qazandı

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medalla kifayətlənib.

İdmanxeber.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda fransalı Fatia Benmessahelə uduzub.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43