Ölkə futbolu

“Qəbələ”yə öncədən xəbərdarlıq etdi, komandadan gedir – ÖZƏL

“Qəbələ” növbəti mövsümün planlamasına başlayıb.

Cari mövsüm ölkə kubokunda finala yüksələn komanda Premyer Liqada 4-cü pillədədir. Əyəlat təmsilçisi mövsümün son oyununda doğma meydanda “Kəpəz”ə qalib gəlsə və ya heç-heçə etsə, avrokuboklara qatılmağı rəsmən təmin edəcək.

Rərhbərlik artıq növbəti mövsüm üçün müqaviləsi bitən futbolçularla danışıqlara başlayıb. Əsas hədəf heyətin aparıcı üzvlərini komandada saxlamaq olsa da, artıq ayrılacağı dəqiqləşən ilk oyunçunun adı bəllidir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Felipe Santos mövsüm sonu klubla vidalaşır. Yarımmüdafiəçi bununla bağlı rəhbərliyə də fikrini bildirib. 

O, hələ qışdan mövsüm sonu “Qəbələ”dən ayrılacağını rəhbərliyə söyləyib. Santosun karyerasını başqa ölkədə davam etdirmək istədiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43