“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi İtaliyanın “Parma” klubunun yaponiyalı qapıçısı Sion Suzuki ilə maraqlanır. 22 yaşlı qolkiper üçün rəsmi təklif göndəriləcək.
“Parma” tərəfi isə “əlcək sahibi” üçün 40 milyon avro qiymət müəyyənləşdirib.
Suzuki cari mövsüm İtalya komandasının heyətində 20 oyunda 31 qol buraxıb, 3 qarşılaşmada isə qapısının toxunulmazlığını qoruyub.