19 Sentyabr 2024
Dünya futbolu

“Çelsi”nin futbolçusu “Mançester Yunayted”ə keçmək istəyir

“Çelsi”nin vingeri Rahim Sterling tezliklə klubu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, transfer pəncərəsi bağlanana qədər futbolçuya karyerasını davam etdirmək üçün müxtəlif variantlar təklif edilib. Onun xidmətində “Mançester Yunayted” də maraqlıdır. 

Yarımmüdafiəçinin özü də İngiltərə nəhənginə keçməyə müsbət yanaşır.

Sterlinq 2023/24 mövsümündə “Çelsi”nin heyətində 43 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43