Kateqoriyasız

“Çelsi”nin sabiq üzvü millimizlə keçirəcəkləri oyun haqda danışdı

İsrail yığmasının müdafiəçisi Tal Ben Haim millimizlə sentyabrın 7-də keçirəcəklər oyun haqda fikirlərini bölüşüb.

Bir zamanlar “Çelsi” və “Mançester Siti” kimi klubların şərəfini qoruyan təcrübəli müdafiəçi ölkəsinin mətbuatına açıqlama verərkən, bu görüşdə qələbə qazanmalı olduqlarını bildirib: “

“Azərbaycan yaxşı komandadır. Onları qiymətləndirməyə bilmərik. Heyətdə bəzi itkilərimiz var. Ancaq bu, bizə bəraət qazandırmamalıdır. Əgər dünya çempionatının final mərhələsinə getmək istəyiriksə, qarşıdakı hər iki oyunda qələbə qazanmalıyıq. Gözəl oyunla azarkeşlərimizi sevindirmək istəyirik. Bunu bacaracağımıza inanıram”.

Qeyd edək ki, İsrail – Azərbaycan oyunu sentyabrın 7-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43