Kateqoriyasız

“Xəzər Lənkəran”ı təsirləndirdi: Toşakın “gəmiləri qəm dəryasında batdı”

Uğursuzluqdan heç cür qurtula bilməyən “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak axşam yeməyində hər kəsi təsirləndirib.

Belə ki, Qəbələdə təlim-məşq toplantısında olan klubun uelsli çalışdırıcısı tanınmış müğənni İlqar Muradovun “Bu dünyanı nağıl bilək” mahnısını dinləyərkən təsirli halda kənarda oturması heç kimin gözündən yayınmayıb.

Klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu həmin anları “feysbuk”səhifəsində belə ifadə edib.

“Axşam yeməyinde çox təsirləndiyim bir mənzərə oldu. “Bu dunyanı nağil bilək musiqisi və çox qəmgin, düşüncəli halda oturmu Con Toşak… İfadə edə bilməyəcəyim qədər təsirli mənzərə idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43