Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, bu ad üçün Vinisius Junior(“Real), Xulian Alvares(“Atletiko”), Rafinya(“Barselona) və Luk de Yonq(PSV) mübarizə aparır. Futbolçular Liqa mərhələsinin VII turunun oyunlarında dublla yadda qalıb.
UEFA-nın səsverməsindən sonra qalib açıqlanacaq.