24 Dekabr 2024
Dünya futbolu

Çempionlar Liqası: “İnter” “Milan”ı məğlub etdi – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, bu raundun ikinci matçında İtaliya “Milan”ı eyni şəhərin “İnter” klubunu qəbul edib.

Qarşılaşmaya sürətli başlayan qonaqlar 8-ci və 10-cu dəqiqədə vurduğu qollarla matçdan 2:0 hesablı qələbə ilə ayrılıb. “İnter”in heyətində Edin Ceko və Henrik Mikitaryan görüşdə adını tabloya yazdıra biliblər.

Komandalar arasında cavab matçı mayın 16-da eyni şəhərin eyniadlı stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
5 may

23:00. “Milan” (İtaliya) – “İnter” (İtaliya) 0:2

Qol: Ceko 8, Mikitaryan 10
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Milan, “San Siro” stadionu

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya “Real Madrid”i öz meydanında İngiltərənin “Mançester Siti”si ilə heç-heçəyə razılaşıb – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43