UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə vəsiqə qazanan üç komanda müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə çempionu “Qalatasaray” səfərdə minimal fərqlə qalib gəldiyi Norveç təmsilçisi “Molde”ni qəbul edib. İstanbuldakı qarşılaşma da “cim-bom”un qalibiyyəti ilə yekunlaşıb və “Qalatasaray” qitənin ən nüfuzlu turnirinin qrupuna yüksəlib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
29 avqust
23:00. “Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) – 2:1
Qollar: Mauro İkardi, 7 (pen.). Angelinyo, 90+3 – Eyrik Hestad, 66
İlk oyun – 3:2
23:00. “Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) – 0:1
Qol: Bruma, 83
İlk oyun – 1:2
23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) – 3:0
Qollar: Sedrik İtten, 23. Abdulaye Sek, 28 (avtoqol). Filip Uqriniç, 46
İlk oyun – 0:0
Qeyd edək ki, mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.