Dünya futbolu

Gürcüstanlı futbolçu “Ayaks”ın diqqətində

“Ayaks” Corc Mikautadzeni heyətinə qatmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, Niderland nəhəngi gürcü futbolçu üçün “Mets”ə 17+3 milyon avro ödəyəcək. 22 yaşlı hücumçunun bu gün Amsterdamda olacağı gözlənilir.

Mikautadze cari mövsümdə çıxdığı 3 Liqa 1 oyununda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

O, Gürcüstan millisində isə 16 oyunda 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43