Sabah UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq.
İdmanxeber.az-ın məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində tənsil edəcək “Qarabağ”ın da rəqibi üz-üzə gələcək.
Səpələnməmişlər səbətində qərarlaşacaq “Qarabağ”ın potensial rəqibləri aşağıdakı komandalardı:
“Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan) və ilkin mərhələnin qalibi (“Linkoln” (Cəbəllütariq), “Santa Koloma” (Andorra), “Feronikeli” (Kosovo) və ya “Tre-Penne” (San-Marino).