Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
İdmanxeber.az-ın məlumatına görə, gecənin tək qarşılaşması Madriddə keçirilib. Turnirin son qalibi “Real” “Mançester Siti” ilə qarşılaşıb.
Ev sahibi komanda ilk hissədə Vinisiusun qolu ilə önə keçsə də, ikinci yarı “şəhərlilər” Kevin De Bruynenin fərqlənməsiylə məğlubiyyətdən xilas ola bilib – 1:1.
Yarımfinalın digər oyununda sabah “Milan” azarkeşləri önündə “İnter”lə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
9 may
23:00 Real – Mançester Siti 1:1
Qol: Vinisius (1:0), K. De Bruyne (1:1)
Baş hakim: Artur Diaş (Portuqaliya)