Dünya futbolu

“Növbəti matç üçün yaxşı motivasiyamız var” – Ançelotti

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, “Real” doğma meydanda “Mançester Siti”ni qəbul edib. Madriddə keçirilən qarşılaşmada iki qol qeydə alınsa da, qalib müəyyənləşməyib – 1:1.

Oyunun ardından “Real”ın baş məşqçisi Karlo Ançelotti matç barədə fikirlərini bölüşüb:

“Maraqlı oyun oldu. İlk hissə bizim üçün çətin olsa da, ikinci yarı daha yaxşı keçdi. Oyuna nəzarət edirdik, müdafiədən hücuma yaxşı çıxışlarımız oldu.

Rudiger Haaland qarşısında pis çıxış etmədi. Mərkəz tam nəzarətdə idi. Oyundan və futbolçulardan razı qaldım. Növbəti matç üçün yaxşı motivasiyamız var”.

Cavab oyunu mayın 17-də Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43