“Atletiko” (Madrid) klubunun argentinalı hücumçusu Xulian Alvares Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu Liqa mərhələsinin 7-ci turunda “Bayer”lə (Almaniya) görüşdə (2:1) dubl edib.
Səsvermədə ikinci yeri Lyuk de Yonq (PSV), üçüncü yeri Vinisius Junior (“Real”, Madrid), dördüncü yeri isə Rafinya (“Barselona”) tutub.