UEFA Gənclər Liqasında keçirilən “Çelsi” – “Valensiya” qarşılaşmasında kobud hakim səhvi qeydə alınıb.
İdmanxeber.com-un məlumatına görə, sözügedən oyun 1:1 hesabı ilə başa çatdığı üçün, qalibi penaltilər seriyası müəyyən edib. Bu zaman “Valensiya”nın futbolçusu Alberto Qilin zərbəsi qapıya daxil olsa da, hakim zərbəni qol kimi qeydə almayıb. Nəticədə “Çelsi” 5:4 hesablı qələbəyə sevinib.