Bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin cütlükləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, son Azərbaycan çempionu ikinci təsnifat mərhələsində Maltanın “Valletta” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin oyunları 1-2 və 8-9 iyul, ikinci təsnifat mərhələsinin oyunları isə 15-16 və 22-23 iyul tarixlərində keçiriləcək.
Çempionlar Liqasında I və II təsnifat mərhələsinin bütün cütlükləri:
I təsnifat mərhələsi
“Santa Koloma” (Andorra) – “Banants” (Ermənistan)
“Linkoln” (Cəbəllütariq) – “Havnar Boldfelaq” (Farer adaları)
“La Fiorita” (San-Marino) – “Levadiya” (Estoniya)
II təsnifat mərhələsi
BATE (Belarus) – “Skenderbeu” (Albaniya)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Santa Koloma” (Andorra) – “Banants” (Ermənistan)
“Dinamo” (Tiflis, Gürcüstan) – “Aktobe” (Qazaxıstan)
“Zrinski” (Bosniya və Hersoqovina) – “Maribor” (Sloveniya)
“Şerif” (Moldova) – “Sutyeska” (Monteneqro)
“Sparta” (Çexiya) – “La Fiorita” (San-Marino) / “Levadiya” (Estoniya)
“Malmö” (İsveç) – “Ventspils” (Latviya)
“Slovan” (Slovakiya) – TNS (Uels)
“Seltik” (Şotlandiya) – “Reykravikur” (İslaniya)
“Kliftonvill” (Şimali İrlandiya) – “Debrecen” (Macarıstan)
“Srvena Zevezda” (Serbiya) – “Linkoln” (Cəbəllütariq) – “Havnar Boldfelaq” (Farer adaları)
“Legiya” (Polşa) – “Sent Patriks” (İrlandiya)
“Rabotniçki” (Makedoniya) – HİK (Finlandiya)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Jalgiris” (Litva)
“Ludoqorets” (Bolqarıstan) – “Dudelanj” (Lüksemburq)
“Valletta” (Malta) – “Qarabağ” (Azərbaycan)
“Stromsqodset” (Norveç) – “Styaua” (Rumıniya)