Ötən gün keçirilən oyunlarla Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, oyunlardan sonra dörd komanda – Kruzaders”, TNS, “Linkoln” və “Pünik” II təsnifat mərhələsinə yüksəlib.
Bununla da, II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları 14-15 və 21-22 iyul tarixlərində keçiriləcək.
Çempionlar Liqasında II təsnifat mərhələsinin cütlükləri
“Hibernians” (Malta) – “Makkabi” (Təl-Əviv, İsrail)
APOEL (Kipr) – “Vardar” (Makedoniya)
“Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro)
“Sarayevo” (Bosniya və Herseqovina) – “Lex” (Polşa)
“Maribor” (Sloveniya) – “Astana” (Qazaxıstan)
BATE (Belarus) – “Dandalk” (İrlandiya)
HİK (Finladniya) – “Ventspils” (Latviya)
“Mitdilland” (Danimarka) – “Linkoln” (Cəbəllürariq)
“Molde” (Norveç) – “Pünik” (Ermənistan)
“Malmö” (İsveç) – “Jalgiris” (Litva)
“Seltik” (Şotlandiya) – “Styarnan” (İslandiya)
“Trençin” (Slovakiya) – “Styaua” (Rumıniya)
“Partizan” (Serbiya) – “Dila” (Gürcüstan)
“Ludoqorets” (Bolqarıstan) – “Milsami” (Moldova)
“Fola” (Lüksemburq) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Skenderbeu” (Albaniya) – “Kruzaders” (Şimali İrlandiya)
TNS (Uels) – “Videoton” (Macarıstan)