20 Sentyabr 2024
İdman

Çexiya yığmasının Azərbaycan üçün heyəti açıqlandı

Sentyabrın 19-da və 20-də Azərbaycan millisi ilə yoldaşlıq oyunları keçirəcək Çexiya futzal yığmasının heyəti açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, baş məşqçi Marek Kopeçki 14 futzalçıya dəvət göndərib ki, onlardan 2-si qapıçıdır.

Qapıçılar: Mixal Hula, Adam Vondraçek

Oyunçular: David Drozd, Pavel Drozd, Havrda, Mixal Holy, Adam Knoblok, Tomaş Kaudelka, Kuçta, Kunstner, Maur, Mixal Seidler, Tomaş Vnuk, Radim Zaruba

Qeyd edək ki, hər iki oyun Zlin şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43