Kateqoriyasız

Çexlərdən azərbaycanlı azarkeşlərə cavab: 2 saat yetərli oldu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu – “Viktoriya” –  “Qarabağ” matçı üçün satışa çıxarılan bütün biletlər satılıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Plzen klubu xəbər yayıb. Satışa çıxarıldıqdan 2 saat sonra bütün biletlər satılıb.

Qeyd edək ki, tərəflər arasında ilk matç sabah, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Plzendəki “Doosan Arena”da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43