Kateqoriyasız

“Zirə” “Liverpul”un yetirməsini transfer etdi

“Zirə” heyətinə yeni oyunçu cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi “Liverpul”un yetirməsi olan Qvineya-Bisaulu yarımmüdafiəçi Toni Qomeslə müqavilə imzalayıb.

Portuqaliya vətəndaşı olan 23 yaşlı vinger son olaraq Türkiyənin “Tuzlaspor” klubunda çıxış edib. Universallığı ilə seçilən Toni həm yarımmüdafiənin cinahlarında, həm də hücumçunun arxasında oynaya bilir.

sportlife.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43