20 Sentyabr 2024
Dünya futbolu

ÇL, AL və KL oyunları Azərbaycanda iki kanalda yayımlanacaq

Yeni formatda keçiriləcək Çempionlar, Avropa və Konfrans Liqası oyunları Azərbaycanda canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, görüşlər “İctimai TV”dən nümayiş etdirələcək. Bu barədə kanalın sosial şəbəkə hesabından məlumat verilib.

Paylaşımda “Futbol azarkeşlərinə daha bir müjdə! Yeni formatda keçiriləcək Çempionlar, Avropa və Konfrans Liqasında 2024/2025 mövsümünün həyəcanı idman turnirlərinin dəyişilməz ünvanı İctimai Televiziyada yaşanacaq!” – deyə, vurğulanıb.

Xatırladaq ki, avrokubok görüşləri İTV ilə yanaşı, “CBC Sport”dan da canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycanı cari mövsüm Avropa Liqasında “Qarabağ” təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43