24 Dekabr 2024
Kateqoriyasız

“Clear” millimizin rəsmi şampunu oldu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə imzaladığı razılaşmaya əsasən “Clear” Azərbaycan milli komandasının rəsmi şampunu olub.

İdmanxeber.com-un məlumatına görə, “Clear” şampunu dünyanın gündəlik tələbat məhsulları üzrə aparıcı şirkətlərindən biri olan “Unilever” tərəfindən istehsal edilir.

1930-cu ildə təsis olunmuş ingilis-holland transmilli şirkəti “Unilever” AXE, Rexona, Elidor, Dove, Cif, Domestos, Lipton, Calve brendləri kimi keyfiyyətli ərzaq, içki, təmizlik ləvazimatları və şəxsi gigiyena məhsullarının istehsalı ilə tanınır.

“Unilever” şirkətinin ən populyar markalarından biri zəngin vitamin və minerallar kompleksinə malik olan “Clear” şampunudu. Kişi və qadınların baş dərisindəki fərqləri nəzərə alan “Clear” şampunu kişi və qadınlar üçün müxtəlif formulalı şampunları istehsal edir və yenilikçi texnologiyaları sayəsində bir çox saç problemlərini aradan qaldırır. “Clear” nəinki kəpəyi yox edir, hətta onun əmələ gəlməsinin qarşısını alır və təravətin 24 saat ərzində qalmasını təmin edir.

“Clear” məhz futbol ilə bağlı — o cümlədən dünya ulduzu Kriştiano Ronaldonun iştirakı ilə — bir sıra uğurlu reklam layihələrini həyata keçirib. Azərbaycan milli futbol komandasının rəsmi şampunu olan “Clear” tətbiq etdiyi innovasiyalar sayəsində oyunçuların saçlarının sağlam və görkəmli görünməsini təmin edəcək.

Müqavilə bu gündən qüvvəyə minəcək. Tərəflər arasında rəsmi müqavilənin imzalanması mərasimi bu ilin avqust ayında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43