– Azərbaycan millisi üzərindəki qələbəni necə şərh edərdiz?
– Biz belə bir şəhərdə, belə atmosferdə pis oynaya bilməzdik. Verdikləri dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Oyuna gəlincə, 90 dəqiqə üstün olduq. Daim rəqibə təzyiq etdik. Layiqli qələbə qazandıq. Azərbaycan bizim tempimizə tab gətirmədi. Böyük hesablı qələbə gözləmirdik.
– 6:0 hesablı qələbə gözlənilən olmasa da, hər kəs sizi favorit sayırdı…
– Biz belə oyunu azarkeşlərimizin sayəsində göstərdik. Ümid edirik ki, həmişə belə oynayacağıq. Bu oyunda ən böyük üstünlüyümüz isə 3-5-2 taktiki düzülüşü ilə mübarizə aparmaq idi. Qrupda 3 oyuna 3 qələbə. Əla nəticədi.
– Qrupda ilk yeri tutub, Fransaya gedə biləcəksiz?
– Bunu özümüz də istəyirik. Amma İtaliya kimi güclü komanda var. Onları da siyahıdan silmək olmaz. Hər kəs bu komandanı qrupun favoriti sayır. Çünki onlar 4 qat dünya çempionlarıdı. Məncə, qrupda ilk yerini sahibinin kim olmasına İtaliya ilə oyunlardan sonra aydınlıq gələcək.