“Qəbələ”nin futbolçusu Rafael Utziq Braziliya mətbuatına açıqlama verib.
İdmanxeber.az xəbər verir ki, 26 yaşlı hücumçu avrokuboklara vəsiqə qazanmaları və klubla yeni müqavilə imzalamağı haqda danışıb:
“Konfrans Liqası klub üçün də, mənim üçün də önəmli yarışdır. Möhtəşəm mövsüm keçirmək üçün motivasiyalıyam. Hər futbolçu belə turnirdə oynamaq istəyər. Bu, bizim üçün xüsusi olacaq.
“Qəbələ”də özümü evimdəki kimi hiss edirəm. Klubda üçüncü mövsümümü keçirəcəm. Bəzi durumlarda razılaşmalı idik, hər şey həll olundu və Qəbələyə qayıtmağa qərar verdim. Gözləntilərim böyükdür”.