“İstəməzdim ki, futbolçunu istəmədiyi yerdə saxlayım. Çumbinyo ümumiyyətlə ailəsinə daha çox bağlı insandı”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Xəzər TV”yə açıqlamasında dyeib.
Ağdam klubunun çalışdırıcısı ailə problemlərinə görə, braziliyalı futbolçu ilə yollarını ayırdıqlarını gizlətməyib:
“Əgər hansısa futbolçunun ailəsi ilə bağlı problem varsa, istəmərəm ki, həmin oyunçu narahat ola. Yunanıstandan ona təklif oldu. Biz də qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq”.