22 Dekabr 2024
Kateqoriyasız

Cunayev ermənini məğlub edib çempion oldu. Bayramov və Şəriəti Olimpiyaya lisenziya qazandılar

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı davam edir.

İdmanxeber.com-un məlumatına görə. ölkəmizi bu turnirdə Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) təmsil edib.

İdmançılarımızdan Rəsul Cunayev fəxri kürsün ən yüksək pilləsinə qalxmağı bacarıb. O, finalda Ukraynanı təmsil edən erməni güləşçi Armen Vardanyanla qarşılaşıb və rəqibini məğlub edib. 

Rövşən Bayramov və Sabah Şəriəti isə Olimpiyaya lisenziya qazanıblar.

59 kq 
1/16 final – Rövşən Bayramov – Singh Ravinder (İND) 9:1
1/8 final – Rövşən Bayramov – Von Çol Yun (PRK) 8:7
1/4 final – Rövşən Bayramov – Həmid Soriyan (İRİ) – 2:0
1/2 final – Rövşən Bayramov – Arsen Yeralıyev (KGZ) – 4:0
Final – Rövşən Bayramov – İsmael Borrero Molina (CUB) – 0:8

71 kq 
1/16 final – Rəsul Çunayev – Frank Hassli (MON) 5:1
1/8 final – Rəsul Çunayev – Adam Kurak (RUS) 9:0
1/4 final – Rəsul Çunayev – Justin Daşaun Lester (USA) 9:0
1/2 final – Rəsul Çunayev – Tsimur Berdıyev (BLR) 8:0
Final – Rəsul Çunayev – Armen Vardanyan (UKR) 6:4

80 kq 
1/16 final – Rafiq Hüseynov – Yevgeni Saleyev (RUS) 3:9

130 kq 
1/8 final – Sabah Şəriəti – Balint Lam (HUN) 3:1
1/4 final – Ervin Caraballo (VEN) – Sabah Şəriəti 0:9
1/2 final – Rza Kayalap (ЕГК) – Sabah Şəriəti 6:0
Burunc medal uğrunda görüş – Sabah Şəriəti – Oleksandr Çerneçki (UKR) 0:5

Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43