Çrempionlar Liqasının 1/4 finlal mərhələsinin cavab qarşılşamaları üçün hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, “M.Siti” -“Tottenhem” qarşılaşmasını türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Ona Bahatdin Duran və Tarık Onqun köməklik edəcəklər. Dördüncü hakim isə portuqaliyalı Artur Soares olacaq.
Tərəflər arasında ilk matçı London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə sona çatıb.
Qeyd edək ki, “Siti” – “Tottenhem” matçı aprelin 17-si saat 23:00-da başlayacaq.