“Dənizlispor” klubunun vitse-prezidenti Ali Fırat “Qəbələ”nin futbolçusu Lalavelə Atakora ilə bağlı açıqlama edib. Klub rəsmisi toqolu oyunçu ilə maraqlanmadıqlarını bildirib:
“Ehtiyac olan mövqelərə transfer etmişik. Lalavele gündəmimizdə yoxdur. Sadəcə bir oyunçu alacağıq . Bunun üçün də tələsmək istəmirik. Yanvarın 31-ə kimi vaxtımız var”.
Qeyd edək ki, Türkiyə mətbuatında “Dənizlispor”un Atakora ilə maraqlandığını iddia etmişdim.
Atakora 2018-ci il iyulunda “Qəbələ” ilə 1+1 illik müqavilə imzalayıb