Ölkə futbolu

Kamran Quliyev: “Azarkeşlər bizim damarımızdır”

“Neftçi”nin prezidenti Kamran Quliyev komandanın yeni sponsorunun tanıtım mərasimində jurnalistlərin suallarını cavablandırıb. Klub rəhbəri komandanın qış fasiləsindəki transferləri barəsində də danışıb:

“Məşqləri bərpa etmişik. Ayın 13-ü Antalyaya gedirik. Transfer barəsində yaxın günlərdə yenilik olacaq. Karikarinin Albaniyaya yollanacağı doğru deyil. Ola bilər ki, daha çox təcrübə qazanması üçün biz onu icarəyə verdik. Onun karyerasına baxsanız çox istedadlı və keyfiyyətli oyunçudur. Onun ehtiyatda qalmasına da səbəb Mirabdulla Abbasovdur. Bu da komandada olan rəqabətdən xəbər verir. Ancaq hər şey bir anda dəyişə bilər. Ola bilər ki, Mirabdulla Abbasov daha çox çalışdı, daha çox şanslı oldu.

Baş məşqçi ilə danışıqlar olub. Hazırda yarımmüdafiə və hücumçu ala bilərik. Nəzərə alın ki, qış bazarı “axşam bazarı” kimi bir şeydir. Biz nə Monrozla, nə Bədavi ilə də heç bir danışıq aparmamışıq. Bir neçə hücumçu ilə danışıqlar aparırıq. Ancaq bunun üçün Karikarinin getməsi vacibdir. Bu ya transfer ola bilər, ya da icarə ola bilər.

Digər komandalar güclənir. Ancaq biz tamamən özümüzü düşünürük. Reynaldonun bizə gəlməmisi isə oranı daha doğma bilməsidir.

Azarkeşlər bizim damarımızdır. Daim biz onların yanında oluruq. Yeni mövsümdən düşünürük ki, stadionda olacaqlar. “Forza Neftçi” klubdan idarə olunmur. İnanırıq ki, yanımızda olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43