"Barselona"nın baş məşqçisi Luis Enrike klubdna ayrılacağını açıqladı.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis "Sportinq"lə oyundan (6:1) sonra keçirilən mətbuat konfransında açıqlama verərək yeni mövsümə Kataloniya təmsilçisinin başında olmayacağını bildirib:
"Yeni mövsümdən "Barselona"da olmayacam. Klubdan ayrılıram. Getməyimə səbəb yorğun olmağımdı. Bu elə bir işdir ki, daim işləyəsən və buna görə də mən istirahət etməliyəm".
Qeyd edək ki, "Barsa"nın baş məşqçi postuna "Sevilya"nı çalışdıran Joa Sampaolinin gətiriləcəyi yayılan xəbərlər arasındadı.