Dortmund “Borussiya”sının erməni futbolçusu Henrik Mixitaryan Azərbaycana gəlməyəcək.
İdmanxeber.com-un məlumatına görə, bu barədə “Borussiya”nın baş direktoru Hans Yoaxim Vatske “Bild”ə bildirib.
Klub rəsmisi bildirib ki, təhlükəsizlik baxımından Mixitaryanı oktyabrın 22-də “Qəbələ” ilə oyun üçün Bakıya gətirməyəcəklər.
“Henrik, güman ki, bizimlə uçmayacaq. Ermənistanla Azərbaycan arasındakı konflikt səbəbindən öz oyunçularımızın təhlükəsizliyinin qayğısına qalmalıyıq. Oyunçu özünü yaxşı hiss etmirsə, bu, nəzərə alınacaq”.
Qeyd edək ki, Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Borussiya” matçı saat 20:00-da başlanacaq.