Kateqoriyasız

Dadaşov oynadı, komandası “Benfika”ya uduzdu

Millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda 21-ci turda doğma meydanda “Benfika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Renat da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.

“Tondela” 21 turdan sonra 20 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43