Kateqoriyasız

Dadaşov “Şalke”də dubl etdi, komandası qələbə qazandı

Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası Almaniyanın Qərb Regional Liqasında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda səfərdə “Vegberq Beek” ilə qarşılaşıb. Dadaşov bu oyuna start heyətdə meydana çıxıb və komandasının 4:1 qalib gəldiyi matçda ilk iki qolun müəllifi olub.

Rüfət 12 və 36-cı dəqiqələrdə fərqlənib.

“Şalke 2” bu nəticədən sonra 30 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43