Kateqoriyasız

Namikin məhsuldar ötürməsi, bəxtsizliyi və sonda qələbə sevinci – Video

Azərbaycan milli komandasının üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” Türkiyə I Liqasında 22-ci turun oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Bursa təmsilçisi doğma meydanda “Altındordu”nu qəbul edib. Oyun futbolçumuzun komandasının minimal hesablı qələbəsiylə başa çatıb.

Namik Ələskərov da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 90 dəqiqə meydanda olub. 27 yaşlı futbolçj yeganə qolunun ötürməsini verib.

Xallarını 23-ə yüksəldən “Bursaspor” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43