“Keşlə” yarımmüdafiəçi Con Kamara ilə yeni müqavilə imzalayıb.
32 yaşlı futbolçu növbəti mövsüm də Bakı təmsilçisinin şərəfini qoruyacaq. Məlumatı klubun saytı yayıb.
Con Kamara 2019-cu ilin yanvarından “Keşlə”də oynayır.
“Qırmızı-ağlar” daha əvvəl Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Vüsal İsgəndərli və Miyuşko Boyoviçlə də yeni müqavilə imzalayıb.