21 Dekabr 2024
Dünyadan

Daha bir baş məşqçi qadın hakimə “ilişdi”: “Gözəldi, ancaq…” – FOTOLAR

Braziliya kubokunda keçirilən “Atletiko Mineyro” – “Kruzeyro” (2:1) matçının ardından qonaqların baş məşqçisi Aleksandr Mattos qarşılaşmanın hakimləri ilə bağlı fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, çalışdırıcı məğlub olduqları qarşılaşmada qadın yan xətt hakimi  Fernanda Colombo Uliananın kobud səhv etdiyini açıqlayıb. Mütəxəssis gözəlliyi ilə özündən söz etdirən hakimin belə oyunları idarə etməsi gücündə olmadığını və ona “Playboy”a soyunmasını təklif edib:

“Bu köməkçi qadın hakim gözəldi, amma liqada oyun idarə etməsi hələ tezdi. Gözəl olduğunuz qədər işinizdə də fərqlənməlisiz. Olduqca gözəl biri gedib “Playboy”a soyunmalı”. 






İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43