DÇ-2014-ün seçmə mərhələsində İsrail yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub.
AFFA-nın saytının verdiyi məlumata görə, zədəli olduğu üçün Əfran İsmayılov millidən kənarlaşdırılıb.
Qeyud edək ki, eyni aqibətlə Səlahət Ağayev də qarşılaşmışdı. Gənc qapıçının yerinə “Bakı”dan Aqil Məmmədov milliyə dəvət alıb.