Türkiyənin 1-ci liqa təmsilçisi "Fethiyespor" klubu daha bir azərbaycanlı futbolçu heyətinə qatıb.
Bu 21 yaşlı futbolçulardan ibarət millimizin üzvü və "Bakı" klubunun futbolçusu Nurlan Novruzovdur. O, yaxın günlərdə yeni klubu ilə 6 aylıq müqavilə imzalayacaq.
Qeyd edək ki, türk klubunda digər azərbaycanlı futbolçumuz Davud Kərimi də çıxış edir.