Topaz Premyer Liqası klublarından “Sumqayıt” qış hazırlığının ilk mərhələsini başa vurub.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi bu gün ölkə daxilində son məşqini edib.
Baş məşqçi Samir Abasov təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada keçəcək. Komanda sabah bu məqsədlə Türkiyəyə yollanacaq. Antalyada “The Sense Deluxe” otelində məşkunlaşacaq “Sumqayıt” orda 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Lakin rəqiblərin kimliyi hələ bəlli deyil.
Qeyd edək ki, “Sumqayıt”ın Antalya toplanışı yanvarın 23-dək davam edəcək.