“Mançester Yunayted”in əfsanəvi futbolularından olan Rayan Giqqs karyerasını bitirmək qərarına gəlib.
İdmanxeber.com-un məlumatına görə, 40 yaşlı uelsli futbolçu üçün bu mövsüm son ola bilər. Hər halda İngiltərə mətbuatı Giqqsin bu yöndə götür-qoy etdiyini və “qırmızı şeytanar”dan tam getməyəcəyini də bildiriblər.
Belə ki, o, baş məşqçi Moyesin köməkçisi kimi fəaliyyətini klubda davam etdirəcək.