05 Fevral 2025
Kateqoriyasız

Daha iki futbolçu “Xəzər Lənkəran”dan ayrıldı

"Xəzər Lənkəran" daha iki futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, malili futbolçu Sadio Tounkara və rumıniyalı müdafiəçi Adrian Skarlatake komandadan getmək qərarına gəlib. Rəhbərlik futbolçuların qərarını anlayışla qarşılayıb və müqavilə qarşılıqlı şəkildə ləğv edilib.

Qeyd edək ki, Tounkara 2012-ci, Skarlatake isə 2011-ci ildən "Xəzər Lənkəran"ın uğurları üçün çalışırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43