Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Dandolk”un İrlandiya çempionatındakı iki oyunu təxirə salınıb.
İdmanxeber.az-ın məlumatına görə, klubun İrlandiya çempionatında “Sliqo Rovers” və ölkə kubokunda “Dublin”lə matçlarının vaxtı dəyişdirilib. Hər iki matç “Qarabağ”la cavab görüşündən sonraya salınıb.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Dundalk” oyunu yerli vaxtla 21:00-da başlaycaq. Komandalar arasında Dublindəki ilk matçda heç-heçə qeydə alınıb – 1:1.