Çox danışmaq istəmirəm, çünki danışılası bir şey yoxdur. Düşündüklərimizi oyun vaxtı həyata keçirə bilmədik. Etdiklərimiz bizə qarşı işləyirdi. AZAL-ı təbrik edirəm, mübarizə aparıb, qalib gəldilər”.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 14-cü turunda AZAL-a uduzduqları oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.
S.Abasov daha sonra bunları bildirib: “Ruslan Nəsirlinin oyundan sonra mənə yaxınlaşdığını görmədim. Əgər nəsə olubsa, bunu bağışlamaq olar. Gənc furbolçudur, öz qolunu vurdu, ona halal olsun. Qapıçı məsələsinə gəlincə isə buna baxacağıq”.