Bu gün DÇ-2014-ün 1/4 final mərhələsinə yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, son iki oyundan sonra bütün yarımfinalçılar bəlli olub.
Bakı vaxtı ilə saat 21:00-da Argentiona və Belçika milliləri üz-üzə gəlib. Bu matçın taleyini bir qol həll edib. Argentina minimal hesabla qalib gələrək (1:0) yarımfinala yüksəlib.
Digər oyunda isə Hollandiya və Kosta-Rika milliləri münasibətlərə aydınlıq gətiriblər. Əsas və əlavə vaxtda qol olmayınca qalibi penaltilər müəyyənləşdirib. "Lotoreya"da gülən tərəf isə Hollandiya olub.
Xatırladaq ki, yarımfinalda Braziliya – Almaniya və Argentina – Hollandiya oyunları keçiriləcək.
5 İyul
1/4 final mərhələsinin oyunları
01:00. Hollandiya – Kosta-Rika – 0:0 (penaltilər seriyası – 4:3)
PENALTİLƏR SERİYASI:
Kosta-Rika: + – + + –
Hollandiya: + + + +
21:00. Argentina – Belçika – 1:0
Qol: İquain, 8 (1:0)
4 İyul
01:00. Braziliya – Kolumbiya – 2:1
Qollar: Tiaqo Silva, 8 (1:0), David Luiz, 75 (2:0), Rodriges, 80-pen. (2:1)
21:00. Fransa – Almaniya – 0:1
Qol: Mats Hummels, 13 (0:1)